Şəmkirdə avtomobil sexlərində yanğın oldu, maşınlar yandı – FOTO

Cəmiyyət


Şəmkirdə avtomobil sexlərində yanğın olub, 5 maşın yanıb.

“Report”un məlumatına görə, Şəmkir şəhər Cahangir Rüstəmov küçəsində yerləşən bir neçə avtomobil sexlərində yanğın qeydə alınıb.

Nəticədə sexlərdə olan 5 avtomobil və avadanlıqlar tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası və 4 yanğınsöndürən maşını cəlb olunub.

Yanğın söndürülüb, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir