Problem burdakından da çoxdur, bəs naxçıvanlılar niyə İğdıra köçürlər? – VİDEO

Cəmiyyət


Uzun illərdir ki, bir çox Naxçıvan sakini Türkiyənin İğdır şəhərinə az qala hər gün gedib-gəlir. Həmvətənlərimizi İğdıra daha çox alver, gündəlik ərzaq, geyim-kecim almaq üçün getsələr də, bu şəhərdə qalıb, yaşamağı seçənlərin də sayı az deyil. Bunun əsas səbəbi kimi isə Naxçıvandakı işsizlik göstərilir.

Köçənlərin bəziləri qardaş ölkəyə tək getsələr də, bəziləri illərdir burada ailələri ilə birgə yaşayırlar. Hətta İğdırda özlərinə iş quranlar belə var.

İğdırda yaşayan naxçıvanlıları narahat edən bir sıra məsələlər var. Əsas problemlərdən biri isə uşaqlarının təhsildən yayınmalarıdır.

İğdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal deyir ki, naxçıvanlı uşaqların təhsil problemlərinin həlli ilə bağlı bir sıra addımlar atılmış olsa da, problemin köklü həllinə ehtiyac var.

İğdırda yaşayan naxçıvanlıların digər böyük problemi isə xəstəxana ilə bağlıdır. Məsələn, xəstəxana xidmətlərindən istifadə onlara ikiqat baha başa gəlir.

İki ölkə arasında quru sərhədlərin bağlı olması isə daha çox turizmə ziyan vurub. Turizim işçisi Serpil Önal deyir ki, indi Naxçıvana getmək üçün iki maşın dəyişmək məcburiyyətində qalırlar.

İğdırda yaşayan naxçıvanlıların problemləri ilə bağlı hüquqşünas Şamil Paşayev isə deyir ki, vətəndaşlarımızın problemlərinin həlli üçün onların yaşadıqları dövlətin qanunları çərçivəsində yaşamaları vacibdir.

Yerli sakinlərlə də həmsöhbət olduq. Naxçıvanlılara sevə-sevə qucaq açdıqlarını bildirdilər.

Məlumat üçün bildirək ki, hazırda Türkiyənin İğdır şəhərində iki minə yaxın naxçıvanlı yaşayır.

Daha ətraflı APA TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir