Anar Əsədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb

Cəmiyyət


Anar Əsədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

APA xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Anar Əsədli istintaq hərəkətləri ilə əlaqədar Baş İdarəyə dəvət olunub. O, Anar Əsədlinin yaxın dəqiqlərdə buraxılacağını deyib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir