İki uşaq atasının yardıma ehtiyacı var: “Övladlarımın atasız böyüməyini istəmirəm” – FOTO

Cəmiyyət


İki uşaq atası Elşad Əhmədovun sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Səbinə Əhmədova məlumat verib.

O bildirib ki, yoldaşı səkkiz aydır, qaraciyər çatışmazlığından əziyyət çəkir.

“Səkkiz ay öncə həkim müayinəsi zamanı Elşadın qaraciyər çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən indiyə qədər müalicələri davam edir, amma zaman keçdikcə onun vəziyyəti ağırlaşır. Əvvəllər rahatlıqla gəzə bilsə də, hazırda, demək olar, yatağa məhkum vəziyyətdə qalıb”.

Səbinə Əhmədova yoldaşının qaraciyər nəqli əməliyyatına ehtiyacı olduğunu deyib.

“Həkimlər ən gec üç ay içərisində Elşada qaraciyər köçürülməli olduğunu deyiblər. Əməliyyatın məbləği 55 000 manat olsa da, biz bu məbləğin cəmi 22 000 manatını toplaya bilmişik. Yardımsevər şəxslərdən geridə qalan 33 000 manatı toplamaqda bizə kömək olmalarını xahiş edirəm. Bizim övladlarımız çox balacadır. Onları atasız böyütməyi düşünmək belə istəmirəm” .

Ailə ilə əlaqə: 050-378-55-08

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir