Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

Cəmiyyət


Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub.

“Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, “Chevrolet Cruze” markalı minik avtomobili 2005-ci il təvəllüdlü Xədicə Süleyman qızı Kərimovanı və onun qardaşı 2006-cı il təvəllüdlü Həsən Süleyman oğlu Kərimovu vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

H.Kərimovun vəziyyəti daha ağır olduğundan reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir