Ucarda 18 yaşlı qız müəmmalı şəkildə öldü

Cəmiyyət


Ucarda 18 yaşlı qız müəmmalı şəkildə ölüb.

APA-nın xəbərinə görə, rayonun Qazyan kənd sakini, 2005-ci il təvəllüdlü Kamilə Yaqub qızı Ələkbərovanın halı yaşadığı evdə qəflətən pisləşib.

Təcili tibbi yardım avtomobili ilə xəstə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, o, vəfat edib.

Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

İlkin ehtimala görə, ölümə səbəb arterial təzyiqin düşməsi olub.

Meyit aidiatı üzrə təhvil verilib.

Fakt araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir