Bu gün və sabah yağış yağacaq – XƏBƏRDARLIQ

Cəmiyyət


Bu gün və sabah əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.

Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir