Bakıda havanın temperaturu normadan 5 dərəcə yuxarı olub – FAKTİKİ HAVA

Cəmiyyət


Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin faktiki hava ilə bağlı yaydığı məlumatda bildirilir.

Yağan yağıntının miqdarı: Göytəpədə (Cəlilabad) 23 mm, Ağdamda 13 mm, Daşkəsəndə 10 mm, Şahdağda 9 mm, Qaxda 7 mm, Culfa, Ordubadda 6 mm, Xaltan, Gədəbəy, Balakən, Şəki, Qusar, Qrız, Gəncə, İsmayıllı, Quba, Tərtər, Göyçay, Zərdab, Şərur, Şahbuz, Sədərək, Şəmkir, Ağstafa, Qəbələ, Zaqatala, Göygöl, Bərdə, Biləsuvar, Yevlax, Naxçıvan, Naftalan, Qobustan, Mingəçevir, Kürdəmir, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Aprelin 21-i saat 18:40 radələrində Cəlilabadda diametri 0,8 mm (vizual müşahidələrə əsasən) olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Göytəpədə 28 m/s, Göyçayda 24 m/s, Daşkəsəndə 23 m/s, Gəncə, Tərtər, Naftalanda 22 m/s, Mingəçevirdə 21 m/s, Ağdam, Şahdağda 20 m/s, Naxçıvan, Şəkidə 18 m/s, Beyləqan, Qrızda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib.

Sumqayıt, Şamaxı, Quba, Qrız, Göyçay, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu aprelin 21-də Bakıda iqlim normasından 5,1 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-24, Naxçıvanda 17-24, dağlıq rayonlarda 18 dərəcəyədək isti, aran rayonlarında 26-28 dərəcə isti olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir