Qasırğa və leysan yağışı Masallıda 30 evə ziyan vurub, elektrik kəsilib – FOTO

Cəmiyyət


Masallıda ötən gün baş verən qasırğa və leysan yağışın vurduğu ziyan dəqiqləşdirilir.

“Report”un cənub bürosunun məlumatına görə, dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçiriblər.

İlkin məlumatlara görə, rayonun Təzə Alvadı kəndində 30-a yaxın evin dam örtüyünə ziyan dəydiyi, 5 evin isə yaşayış üçün qəzalı olduğu müəyyən edilib.

Bundan başqa güclü qasırğa və leysan yaşışla müşaiyət olunan qeyri-sabit hava şəraiti nəticəsində elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əkin sahələri subasmaya məruz qalıb.

Təmir briqadaları elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması istiqamətində çalışır.

Masallı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əhaliyə dəymiş ziyan hesablanır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir