“Yazın isti nəfəsi duyulur, Azərbaycanın hər guşəsində. Gəlməli, görməli, əlbəttə ki, təbiət, yaşıl istirahət, bir-birindən fərqli relyefə, landşafta malik milli parklarımızdır”.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva deyib.
O bildirib ki, bu bayram günlərində milli parklarda təbiətin oyanışını müşahidə etmək, təbiətin səssizliyinə qovuşmaq ən gözəl istirahətdir:
“Tətil günlərində istirahət üçün təbiəti seçən turistlərin üz tutduqları milli parklarımız hər gün saat 09:00-dan 18:00-dək açıqdır. Bütün milli parklarımız yolunuzu gözləyir”.
www.102info.az