Bərdənin İmamqulubəyli kəndində 5 otaqlı ev yanıb.
“Report”un verdiyi xəbərə görə, kənd sakini İlkin Elçin oğlu Məmmədova məxsus olan ev əşyaları ilə birgə tamamilə yanaraq məhv olub.
Ev sahiblərinin bildirdiyinə görə, hadisə baş verən zaman ailə üzvləri yaxın qohumlarının ad günündə olublar. Hadisə yerinə Bərdə yanğından mühafizə xidmətinin yanğınsöndürmə briqadası cəlb edilib.
Yanğının qarşısı alınsa da, ev əşyaları külə dönüb. Hazırda yanğının səbəbləri araşdırılır.
www.102info.az