Füzuli rayonunun Kərimbəyli kəndində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 kvadratmetr) olan, ikimərtəbəli, 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın, sanitar qovşağın yanar konstruksiyaları 164 kvadratmetr sahədə, 2-ci mərtəbənin və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az