2020-ci il təvəllüdlü Məmmədova Gülay Orxan qızı kəskin limfoblast leykemiyadan əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Ayşən Əli qızı Məmmədova məlumat verib.
O bildirib ki, Gülay artıq iki ildir xərçənglə mübarizə aparır.
“Dörd övladım var. Onlardan biri ürək xəstəsidir. Gülay isə leykozdan əziyyət çəkir. Mart ayının sonu Gülayın sümük iliyindən morfoloji müayinə üçün götürülən analizin cavabı yaxşı gəlmədi. Həkim Gülayın müalicəyə deyil, sümük iliyi nəqlinə ehtiyacı olduğunu bildirdi. Gülayın bədəni çox zəifləyib, yemək yemir. Hazırda sümük iliyi nəqli üçün nə onun bədəni hazır deyil, nə bizim imkanımız buna çatmır. Qızımın müalicəsi üçün hazırda 1 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”
Ailə ilə əlaqə nömrəsi: 050 343 40 02
www.102info.az