“Son beş ildə WOAH, FAO və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla “Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə Qlobal Strategiya”ya uyğun olaraq, ölkəmiz bu xəstəlikdən azad olmanın təsdiqlənməsi əzmindədir və bu istiqamətdə fəaliyyətlər məqsədyönlü şəkildə davam edir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AQTA, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Q.Təhməzli, eyni zamanda, heyvan mənşəli məhsulların beynəlxalq dövriyyəsində ən çox maneə yaradan xəstəliklərdən birinin dabaq olduğuna da diqqət çəkib:
“Buna görə də respublikamız da daxil olmaqla, bölgədə qeyri-stabil epizootik status daşıdığı nəzərə alınaraq, regional əməkdaşlıq mexanizmləri tətbiq edilməklə dabağın ləğvi və bu xəstəliyə davamlı nəzarətin təmin olunması hədəflərdən biri kimi müəyyənləşdirilib.
“Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyət davam etdirilir. Bu iki xəstəliklə yanaşı, bölgədə ciddi təhlükə törədən xəstəliklərdən biri də quduzluqdur. Bu il region ölkələri arasında ilk dəfə Azərbaycanda aviasiyadan istifadə olunmaqla vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib və bu istiqamətdə tədbirlər davam etdiriləcək”.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
www.102info.az