“Facebook”da insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol-nəqliyyat hadisəsində vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.
C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.102info.az