Beynində törəmə olan körpənin anası: “Övladlarımın üçü də xəstədir, bəzən elə bilirəm dəli olacağam” – FOTO

Cəmiyyət


25 günlük körpənin – Hüseyn Əsədovun sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.

O bildirib ki, övladının beynində törəmə var:

“Hüseyn doğulan gün hər şey qaydasında idi, daha sonra onun vəziyyəti ağırlaşdı və küvəzə yerləşdirildi. Həkimlər övladımın sarılıq olduğunu bildirdilər. Hazırda edilən müayinələr zamanı onun beynində törəmə olduğu və reflekslərinin zəif olduğu müəyyən edilib”.

Leyla Əsədova bildirib ki, onun Hüseyndən başqa iki qız övladı da var.

“Böyük qızım Gülnarənin böyrək problemi var, onun böyrəyinin biri cəmi 20% işləyir. Digər qızım Zəhranın vəziyyəti isə daha ağırdır. O, anadangəlmə qapalı spina bifida (onurğa beynin anadangəlmə inkişaf qüsurudur) xəstəliyindən əziyyət çəkir. 5 yaşı olanda bağırsaqlarının 90%-i çıxarılıb. İnanın illərdir xəstəxanalarda gəzirik. Həkimlər mənim oğlan övladım olarsa, onun iliyindən Zəhraya köçürülərsə sağalacağını bildirmişdilər. Amma Hüseynin özünün müalicələrə ehtiyacı var. Oğlumun sağlamlığına qovuşması üçün ilkin mərhələdə bizə 3 000 manat lazımdır. Bir ananın üç övladının da xəstə olması çox ağırdır. Hansına çatdırım, hansına qaçım, inanın bilmirəm. Yoldaşım kuryer kimi çalışır, evin xərclərini ancaq qarşılaya bilir. İnanın bəzən elə bilirəm dəli olacağam, üç övladım var, üçünün də vəziyyəti ağırdır. Yardımsevər şəxslərdən övladıma yenidən dəstək olmalarını, onu yarı yolda qoymamalarını xahiş edirəm” 

Ailə ilə əlaqə: 070 982 76 26

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir