AQTA rəsmisi: “Dabaq və xırdabuynuzlu heyvanların arasında taun xəstəliyi üzərində işlər aparırıq”

Cəmiyyət


“Bu gün dünyada xüsusi təhlükəli və izlənilən 6 xəstəlik var. Bu xəstəliklərin azad statusu alması üçün Ümumdünya Heyvansağlamlığı Təşkilatı tərəfindən təsdiqlənməlidir”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında baş baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev deyib.

O bildirib ki, ölkəmizdə bu xəstəliklərdən ikisi üzərində – dabaq və xırdabuynuzlu heyvanların arasında taun xəstəliyi üzərində işlər aparırıq:

“Amma digər xəstəliklərdən olan quş qripi ilə bağlı mövsümdən asılı olaraq daim monitorinq aparılır. Eləcə də digər təsərrüfat əhəmiyyətli xəstəliklərə qarşı müəyyən intensiv tədbirlər görülür”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir