Biləsuvarda partlayışda həlak olan qadın dəfn edilib

Cəmiyyət


Biləsuvar şəhərində yaşayış binasında partlayış zamanı həlak olan 1988-ci il təvəllüdlü Günay Əliyeva dəfn edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, o, rayonun Təzəkənd kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Qadının meyiti binanın qarşısına tökülən dağıntılar altından çıxarılıb. Partlayışın dalğası nəticəsində qadının dağıntılarla birlikdə binanın qarşısına atıldığı məlum olub.

Qeyd edək ki, qadının hadisə zamanı xəsarət alan övladları – 2009-cu il təvəllüdlü F.Əliyeva və 2013-cü il təvəllüdlü Y.Əliyevin müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir