Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə Lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.
O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır. “Heydər Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Birinci vitse-prezident, fondun prezidenti Mehriban Əliyevaya minnətdarıq”, – deyə o bildirib.
Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılıb, daha sonra səhhəti normallaşıb. O uzun müddətdir xəstəxanada müalicə alır.
www.102info.az