Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.
Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.
Eyni zamanda sürücünün avtomobildə olan digər övladı – 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az