Aprelin 26-sı gündüzdən 27-si axşamadək, əsasən, dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Şərq küləyi aprelin 27-də bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
www.102info.az