Azərbaycanda 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi

Cəmiyyət


Lənkəranda 11 yaşlı qız qohumu tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Tütəpeştə kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə nənəsi ilə birgə yaşayan 11 yaşlı A.V. evdə tək qalan zaman 44 yaşlı qohumu onlara gələrək ona qarşı seksual xarakterli zorakılıq edib.

Qeyd edək ki, A.V.-nin anası Sumqayıt şəhərində yaşayır. 

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb:

“Müvafiq ekspertizalar təyin edilib. Bir nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır”.

Dursun Tağıyeva

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir