“Bakı Metropoliteni” QSC-nin bir neçə stansiyasının rəisi rotasiya qaydasında digər stansiyalara rəis təyin edilib.
Oxu.Az xəbər verir ki, “Koroğlu ” stansiyasının rəisi Vadim Məmmədov “Əhmədli” stansiyasına, “Cəfər Cabbarlı” stansiyasının rəisi Səttarov Nəsiman “Neftçilər” stansiyasına, “Avtovağzal” stansiyanın rəisi Əliyev Əlişan “İnşaatçılar” stansiyasına, “Əhmədli” stansiyasının rəisi Cəfərov Cəmşid “Koroğlu” stansiyasına, “İçərişəhər ” stansiyasın rəisi Cəfərov Cümşüd “Həzi Aslanov” stansiyasına rəis təyin ediliblər.
Xatırladaq ki, uzunluğu 40 km-ə çatan “Bakı Metropoliteni”nin 27 stansiyası var.
Könül Cəfərli
www.102info.az