Elmira Axundova: “Azərbaycanlılar Ukrayna vətəndaşlarıdırsa, döyüşdə iştirak edə bilərlər”

Cəmiyyət


“Ukraynada vəziyyət çox ağırdır. Artıq mən neçə aydır orada deyiləm, geri çağırıblar. Məsləhət bilinsə, qayıdacağam”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

O bildirib ki, Ukraynada Azərbaycan vətəndaşları çoxdur:

“Gənclərin valideynləri ilə dəfələrlə danışmışıq və onlara hələlik ora getməmələrini məsləhət görürəm. Azərbaycanlılar Ukrayna vətəndaşlarıdırsa, döyüşdə iştirak edə bilərlər. 

Əks təqdirdə Azərbaycan vətəndaşı olaraq orada müharibədə iştirak etmək düzgün deyil. Azərbaycan qanunvericiliyi də buna yol vermir və onu muzdlu işçi kimi qəbul edir. Təbii ki, belə hallar yaşandıqda vətəndaşlar arasında da narazılıqlar yaranır”.

E.Axundova qeyd edib ki, Kiyevdə isə vəziyyət daha yaxşıdır, çünki orada hava hücumundan müdafiə sistemləri ilə bir çox hücumları dəf edə bilirlər:

“Hətta Kiyevdə insanlar müharibə getmirmişcəsinə yaşayırlar”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir