“Beynəlxalq Telekommunikasiya İttifaqının 2020-ci ildə hazırladığı sonuncu Kibertəhlükəsizlik üzrə indeksdə Azərbaycan 169 ölkə arasında 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə “Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri” ilə bağlı keçirilən konfransda bildirib.
“Müqayisə üçün qeyd edək ki, bu hesabatda İsrail 36-cı, İsveçrə 42-ci, Gürcüstan 55-ci mövqedə yer tutub”, – deyə Elmir Vəlizadə vurğulayıb.
www.102info.az