“Ağdamda və Şuşada orta məktəblərin tikintisi başa çatmaq üzrədir”.
“Trend”in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda deyib.
E.Əmrullayev bildirib ki, işğaldan azad edilən ərazilərimizdə 2 məktəb fəaliyyətə başlayıb.
Nazir vurğulayıb ki, işğaldan azad edilmiş hər bir kənddə, qəsəbədə məktəblər bərpa olunacaq və artıq məcburi köçkün məktəbləri anlayışı aradan qalxacaq.
www.102info.az