Yevlaxda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yevlax-Bərdə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2112 markalı avtomobillə “Renault” markalı avtomobil toqquşub.

Nəticədə VAZ markalı avtomobildə olan 2 nəfər qadın xəsarət alıb.

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir