Hansı allergik reaksiyalar zamanı antibiotik təyin edilməlidir? – AÇIQLAMA

Cəmiyyət


Allergiya zamanı antibiotik müalicəsinə ehtiyac yoxdur.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda Nazirliyin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova bildirib.

O bildirib ki, xəstə müraciət edəndə əgər allergiya dəridə təzahür edirsə, dermatit formasında müşahidə edilirsə, bura ikincili infeksiya qoşula bilər:

“Bu zaman biz antibiotic müalicəsinə müraciət edə bilərik. Əgər bronxial-asma tutmalarından danışırıqsa, laborator klinik infeskiya varsa, yenə antibiotic istifadə edə bilərik. Amma sırf allergiyanın müalicəsində antibiotikllərə müraciət etmək düzgün deyil”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir