Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobil şəxsiyyəti məlum olmayan orta yaşlı kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, həmin şəxsin tüfeyli həyat tərzi keçirdiyi də bildirilir.
www.102info.az