Bakıda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən var

Cəmiyyət


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə “Lada Priora” markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər – Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir