“Azərbaycanda yeni tikinti normaları hazırlanacaq”.
Bununla bağlı Oxu.Az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev deyib.
O qeyd edib ki, normaların hazırlanmasında respublikanın aparıcı mütəxəssisləri iştirak edəcəklər:
“Hazırlıq prosesi 2024-cü ildə başlayacaq. Tikinti normaları sonuncu dəfə 2010-ci ildə hazırlanıb qəbul edilmişdi. Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycanda da tikinti normalarının yenilənməsinin vacibliyi qeyd edildi. Normalar hazırlanarkən Avropa, Çin və Yaponiya təcrübəsi müqayisəli təhlil ediləcək, Azərbaycan üçün müvafiq qaydalar müəyyənləşdiriləcək”.
İnstitut rəhbəri qeyd edib ki, yeni normalarda tikintiyə tələblərin artırılması və sərtləşdirilməsi müzakirə olunur:
“Kəskin yeniliklər ola bilər. İstənilən halda tikintiyə tələblərin artırılması qaçılmazdır”.
Aysel Aslan
www.102info.az