Bakıda belinə banka qoymadığına görə kişi arvadını döyüb.
“Qaynarinfo”nun məlumatına görə, hadisə aprelin 1-də Nizami rayonunda baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Cavid (şərti) belinə banka qoymayan həyat yoldaşı Cəmalə Qədimova (şərti) ilə mübahisə edib və qadına bir neçə yumruq zərbəsi vurub. Nəticədə qəsdən sağlamlığa yüngül zərər vurub.
Cəmalə Qədimova bu barədə polisə şikayət etsə də, məhkəmədə ərini bağışladığını bildirib.
Məhkəmənin qərarı ilə Cavid həyat yoldaşı tərəfindən bağışlandığından Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan işin icraatına xitam verilib.
www.102info.az