Ötən sutka havanın temperaturu iqlim normasından yuxarı olub – FAKTİKİ HAVA

Cəmiyyət


Aprelin 27-nə olan məlumata əsasən ötən sutka ərzində havanın temperaturu iqlim normasından 5,3 dərəcə yuxarı olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvanda 23-27, dağlıq rayonlarda 16-20, aran rayonlarında 24-28 dərəcə isti olub.

Aprelin 27-29-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir