Bakıda 40 nəfərə qarşı dələduzluq edilib

Cəmiyyət


Bakıda 40 nəfərə qarşı dələduzluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir