AAYDA: “Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlər 2025-ci ildə başa çatacaq”

Cəmiyyət


“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda işlərin 31%-i tamamlanıb, yolun yenidən qurulmasının 2025-ci ildə başa çatdırılması planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov bildirib.

“Bu yol respublika əhəmiyyətlidir, 1970-ci ildə inşa edilib. Yol 2 zolaqdan 4 zolağa genişləndirilir. Hazırda yolda işlər davam etdirilir, 1 aşırım, 1 tunel, 1 asma körpü və 15 körpü inşa edilir. Tunel sürüşmələrin qarşısını kəsmək məqsədi daşıyır”, – deyə o qeyd edib.

Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol – Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir. II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir