Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması zamanı yaşıllıqlar maksimum qorunur.
“Report” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov bildirib.
“Layihədə yaşıllıqlara maksimum ziyan vurulmamasına üstünlük verilib, bunun üçün ərazidə tunellərdən, alternativ yollardan istifadə edilib. Müvafiq qurumlarla birgə layihə dəyərləndirilib, köçürülməsi mümkün olan ağaclar köçürüləcək, köçürülməsi mümkün olmayan ağacların isə əvəzinə daha çox ağac əkiləcək. Tuneldən ona görə istifadə edilib ki, 3 hektar yaşıllıq ərazisinə ziyan dəyməsin”, – deyə o qeyd edib.
www.102info.az