Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 811 nəfər müalicə olunaraq sağalıb, 10 235 nəfər vəfat edib, aktiv xəstə sayı 221 nəfərdir.
Ölkədə son sutka ərzində 1 437, hazırkı dövrədək isə 7 587 257 test aparılıb.
www.102info.az