Sükan arxasında yatan sürücü qəzaya səbəb oldu: Xəsarət alan var – FOTO

Cəmiyyət


Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı maşını idarə edən 1968-ci il təvəllüdlü Məmmədov Məmməd Hüseyn oğlu sükan arxasında yuxulayıb.

Bu zaman o, maşınını eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir