2020-ci il təvəllüdlü Mürşüd Rasim oğlu Bahadurlu ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Bahadurova məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib.
Belə ki, üç yaşlı övladı oyun oynayarkən hadisə baş verib:
“Mürşüd həyətdə gizlənpaç oynayırdı. Bu zaman mən də paltar yumaq üçün vedrədə su qızdırırdım. Mürşüd vedrəni görmədi və ona çırpıldı. Su boynundan aşağı töküldü. Ən çox da kürək hissəsi yanıb. Biz Saatlıda yaşayırıq. Təcili tibbi yardım maşını ilə Bakıya gəldik. Bakıdakı xəstəxanaların birində 17 gün müalicə aldıq”.
Əfsanə Bahadurova bildirib ki, övladının müalicəsi üçün imkanları yoxdur.
“Həyat yoldaşım ətrafda yaşayanların qapısındakı zibilləri ataraq, peyin təmizləyərək çörəkpulu qazanır. Bizim Mürşüdün müalicəsi üçün imkanımız yoxdur. İmkanlı şəxslərdən bizə yardım göstərmələrini xahiş edirəm. Hazırda Mürşüdün ümumi müalicəsi üçün 800 manata ehtiyac var”.
Əlaqə nömrəsi: +994 50 732 38 80




www.102info.az