Hicran Valehov işdən çıxarılıb? – FOTO

Cəmiyyət


“Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hicran Valehov işdən çıxarılıb.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Hicran Valehov dünən vəzifəsindən azad olunub. 

Məlumata görə, Hicran Valehovun fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb. Sədr müavini dünən təmtəraqlı şəkildə yola salınmasına baxmayaraq, vəzifəsinin icrası ilə bağlı hesabat verməli olacaq. 
 
“Azərbaycan Dövlət Dəmir Yolları”nın Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova xəbəri dəqiqləşdirmə məqsədilə edilən telefon zənglərinə cavab verməyib.

Qeyd edək ki, 1968-ci ildə anadan olan Hicran Valehov 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir-Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədr müavini olub. 2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir