Sadıq Zərbəliyev: “İkinci Aftandil olmayacaq”

Cəmiyyət


“İkinci Aftandil olmayacaq”.

Bunu Oxu.Az-a mərhum Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun dəfn mərasimində Sadıq Zərbəliyev deyib.

Xalq artisti qeyd edib ki, Azərbaycan mədəniyyətinə böyük itki üz verib:

“Çox böyük itkidir. Həmişə birlikdə məclislərdə olmuşuq. Onu bütün xalq istəyib. İkinci Aftandil olmayacaq. Zeynəb Xanlarova özü gələ bilməsə də, başsağlığını çatdırmağımı xahiş etdi. Ailəsinə səbr diləyirəm”.

Nəzrin Vahid

www.102info.az