Bakıda yeddi yaşlı uşaq faciəli şəkildə ölüb

Cəmiyyət


Bakıda azyaşlı qəzada ölüb.

“Unikal” xəbər verir ki, bu il aprelin 29-da saat 23:30-da 1981-ci il təvəllüdlü Elsevər Gülməli oğlu Dədəcanov özünə məxsus olan, sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Volkswagen” markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü İbrahim Orxan oğlu Məmmədovu vurub, sonuncu aldığı xəsarətlərdən sonra dərhal Sabunçu Tibb Mərkəzinə aparılıb, lakin azyaşlıya göstərilən tibbi yardımlara baxmayaraq, o, tibb müəssisəsində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir