Sel və daşqınlarla müşahidə edilən hava şəraiti nə vaxtadək davam edəcək? – FOTO

Cəmiyyət


“Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək”.

Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, Kiçik Qafqazda yerləşən çaylarda sel gözlənilir:

“Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsində, eyni zamanda Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur. Ən çox yağıntı Goranboy rayonun Yuxarı Ağcakənd rayonunda müşahidə edilib və bu təxminən 3 aylıq normaya bərabər yağıntı kimi qeydə alınıb”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir