Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunun Buzovna-Mərdəkan yolunda qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Azad Rəmzi oğlu Əhmədov “Audi A6” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” markalı avtomobilinə çırpılıb, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Nəticədə A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen”in sürücüsü, 1970-ci il təvəllüdlü Vüqar Tofiq oğlu Kərimov isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
www.102info.az