“Hidrometeoroloji hadisələrlə bağlı erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində hazırlıqlar gedir”

Cəmiyyət


“Hidrometeoroloji hadisələrlə bağlı daha erkən məlumat ala biləcəyimiz, müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sistemi yaradılacaq”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

O bildirib ki, bu istiqamətdə hazırlıqlar gedir:

“Bu sistem hazırlandıqdan sonra sel və daşqınlarla bağlı məlumatları daha erkən müəyyən etmək mümkün olacaq. Bu da bizə həm əhalinin sağlamlığının qorunması, həm də kənd təsərrüfatı sahələrinin zərər görməməsi üçün daha erkən məlumat verməyə imkan yaradacaq.

Qeyd edək ki, Milli Hidrometeorologiya Mərkəzi son üç ildə ölkə çayları üzərində 40-dan çox hidroloji avtomat stansiya quraşdırıb. Həmin stansiya imkan verir ki, istənilən anda həm sel hadisələri, həm də təbiət hadisələrini müşahidə edək. Son illərdə quraşdırılan radarlarla bağlı əldə etdiyimiz məlumatlar, müvafiq hesabatlar aidiyyəti üzrə Beynəlxalq İqlim Fonduna göndərilib. Biz bir sıra beynəlxalq qurumlarla, eləcə də Beynəlxalq İqlim Fondu ilə informasiya mübadiləsi aparırıq.

Qeyd etdiyim erkən xəbərdarlıq sistemi yaradıldıqdan sonra onun vasitəsilə iqlim dəyişikliklərinə uyğunlaşma planının hazırlanması daha da əlverişli olacaq”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir