Xaçmazda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Cəmiyyət


Xaçmazda sabiq bələdiyyə sədrinə cinayət işi açılıb.

Bu barədə Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir