Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Qəzada “Opel”, VAZ-2106 və “Mitsubishi” markalı avtomobillər iştirak ediblər. Hadisə zamanı zamanı avtomobillərə ziyan dəyib. Yolda sıxlığın yaranmaması üçün avtomobillər ərazidən uzaqlaşdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





www.102info.az