Gürcüstana məxsus yük vaqonu Bakıda aşdı

Cəmiyyət


Bu gün saat 05:30 radələrində “Əhmədli” stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticədə vaqondan yük axını baş verib:

“Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır”.

Könül Cəfərli

www.102info.az