Hacı Şahinin yerinə TƏYİNAT

Cəmiyyət


“Məşədi Dadaş məscidinə imam təyin edilib”. 

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 

Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq:

“Təyinat alan şəxs Əli Şərbətovdur. Ora yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”. 

Sədr əlavə edib ki, yeni imam məsciddə bu gün təqdim olunacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənli martın 2-də vəfat edib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir