Tərbiyəçi-müəllimlər Elm və Təhsil Nazirliyinin qarşısına toplaşıblar.
Xezerxeber.az xəbər verir ki, onlardan bəziləri 30 ilə yaxın, bəziləri isə 20 ilə yaxın paytaxtın müxtəlif bağçalarında tərbiyəçi-müəllim vəzifəsində çalışıblar və buna uyğun olaraq müxtəlif dərəcələr alıblar.
Qeyd edək ki, hazırda hamısının dərəcələri endirilib, səbəb kimi isə qeyri-ixtisas sahibləri olmaları göstərilib.
Tərbiyəçi-müəllimlər iddia edirlər ki, dərəcələr endirildikdən sonra əmək haqlarında 100 manata qədər azalmaların olduğunu vurğulayıblar.
Elm və Təhsil nazirliyinin şöbə müdiri Eşqi Bağırov bildirib ki, dərəcələrin endirilməsi iddiaları araşdırılır.
“Təhsil səviyyələri, təhsil pillələri onların ixtisasları ilə əlaqəlidirsə, biz bunu araşdıracağıq və bütün məsələlərə əmək qanunvericiliyinə uyğun baxılacaq. Əmək şərtlərinin dəyişdirilməsi qarşılıqlı razılıq əsasında olmalıdır. Birtərəfli qaydada dəyişikliyin aparılmasını uyğun hesab etmirik”, – deyə o əlavə edib.
Daha ətraflı süjetdə:
www.102info.az